Cümə axşamı, 09 May

"Nu poqodi!" ekranlara qayıdır

image

Rusiyada Sovet dövrünün məşhur cizgi filmlərindən olan "Nu, poqodi"nin ardı çəkilir.

Xəbər verilir ki, bu barədə "Soyuzmultfilm" in baş prodüseri Yulia Osetinskaya məlumat verib. Onun sözlərinə görə, əsas qəhrəmanlar olan canavarla dovşanı Qarik Xarlamov və Dmitri Xrustalev səsləndirəcək.

Onun sözlərinə görə "Nu poqodi!"nin premyerası bu ilin sonunda olacaq.

Yaradıcılar yeni canavar obrazının tamamilə fərqli görünəcəyini söyləyirlər. Onun uzun köynəyi və dişləri arasında olan siqaret əvəzinə idman ayaqqabısı və dəbli saç düzümü alacaq. Xarlamov isə səsləndirəcəyi obrazı dəbli bir hipster kimi təsvir edib.

Cizgi filminin yeni versiyasındakı dovşanı komediyaçı və İvan Urqant şousunun aparıcısı Dmitri Xrustalev səsləndirəcək.

Cizgi serialının çəkilişlərinə 2020 -ci ildə başlanılıb. İlk mövsüm 52 hissədən ibarət olacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32